“Azər-Türk Bank”ın sədrinə müşavir təyin edildi

“Azər-Türk Bank”ın sədrinə müşavir təyin edildi

Aytac Dəniz · İqtisadiyyat ·

“Azər-Türk Bank” ASC-nin İdarə Heyəti sədrinə biznes və strateji tərəfdaşlıqlar üzrə müşavir təyin edilib.

Bu vəzifə Fərid Nadirova həvalə edilib.

Qeyd edək ki, F.Nadirov 2025-ci ilin dekabrından “Azər-Türk Bank”da Korporativ Bankçılıq üzrə Satışların Planlaşdırılması, Strategiya, Büdcələşdirmə və Performansın Monitorinqi istiqamətinin rəhbəri vəzifəsində çalışıb.

O, “Azər-Türk Bank”a qədər “Guavapay” şirkətində hesablaşma məhsulları üzrə əməliyyat rəhbəri (Settlement Product Operation Lead) vəzifəsində fəaliyyət göstərib.

F.Nadirov "Yüksəliş" müsabiqəsinin qaliblərindən biridir.

Xatırladaq ki, “Azər-Türk Bank”ın İdarə heyətinin sədri Günel Nəbiyevadır. O, bu ilin yanvar ayında sözügedən vəzifəyə təyin edilib.

Plat.az