Fərhad Xəlilov ASCO-dan getdi

Fərhad Xəlilov ASCO-dan getdi

Aytac Dəniz · İqtisadiyyat ·

AZCON Holdinq şirkətlərindən olan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Strateji inkişaf və investisiya layihələri departamentinin rəhbəri işdən çıxıb.

Fərhad Xəlilov sözügedən vəzifədən ayrılıb.

Qeyd edək ki, F.Xəlilov 2015-ci ildən ASCO-da çalışıb. O, qurumda 2015-2019-cu illərdə mütəxəssis, 2019-cu ildə aparıcı mütəxəssis, 2019-2022-ci illərdə departament müdirinin müavini, 2022-2026-cı illərdə isə, departament rəhbəri vəzifələrində işləyib.

Qeyd edək ki, ASCO Prezidentin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yaradılması haqqında 22 oktyabr 2013-cü il tarixli 6 nömrəli və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında 10 yanvar 2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən, respublikada mövcud olan iki böyük donanmanın – Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək yenidən təşkil olunması yolu ilə yaradılıb. Qurumun İdarə heyətinin sədri Əfqan Cəlilovdur. (Plat.az)