Moskvanın Çerkizovskaya rayonu yaxınlığında güclü yanğın baş verib.
Redaksiya yerli mediaya istinadla xəbər verir ki, Amurskaya küçəsində, Şimal-Şərq magistral körpüsünün yaxınlığında yerləşən tikinti meydançasındakı anbarlar alovlanıb.
Məlumata görə, yanğın tikinti və üzləmə materiallarının saxlanıldığı sahəni əhatə edib. Hadisə səbəbindən ərazidə nəqliyyatın hərəkəti çətinləşib.
Şahidlər yanğın başlamazdan əvvəl partlayışa bənzər səs eşitdiklərini bildirirlər. Hadisə yerinə çoxsaylı fövqəladə xidmət əməkdaşları cəlb olunub.
Hazırda ölən və yaralananlarla bağlı rəsmi məlumat açıqlanmayıb. Yanğının səbəbi araşdırılır.
