Moskva üzərində güclü ildırım fırtınasının görüntüsü yayıldı

Moskva üzərində güclü ildırım fırtınasının görüntüsü yayıldı

Aytac Dəniz · Media ·

Moskva üzərində güclü ildırım və tufan müşahidə olunur.

Redaksiya xəbər verir ki, sosial şəbəkələrdə paytaxt səmasını işıqlandıran çoxsaylı ildırım görüntüləri sürətlə yayılıb.

Kadrlarda ildırımların ardıcıl şəkildə səmaya çaxdığı və şəhərin bəzi hissələrinin qısa müddətlik işıqlandığı görünür.

Yerli sakinlər güclü külək, leysan və fasiləsiz gurultu barədə paylaşım edir.

Hələlik hava hadisəsi ilə bağlı ciddi dağıntı və ya xəsarət barədə rəsmi məlumat açıqlanmayıb.