Beynəlxalq reytinq agentliyi Moody's Azərbaycanın ölkə üzrə kredit reytinqini "Ba1" səviyyəsindən "Baa3" səviyyəsinə qaldırıb.
Redaksiya xəbər verir ki, bununla Azərbaycan Moody's təsnifatında rəsmi olaraq investisiya edilə bilən ölkələr kateqoriyasına daxil edilib. Agentlik, eyni zamanda ölkənin reytinq görünüşünü “pozitiv” olaraq saxlayıb.
Qeyd edək ki, "Baa3" reytinqi investorlar üçün sabit iqtisadi mühit və maliyyə dayanıqlılığı baxımından mühüm göstərici hesab olunur. Ekspertlər bu qərarın Azərbaycanın beynəlxalq maliyyə bazarlarında nüfuzunu və investisiya cəlbediciliyini daha da gücləndirəcəyini bildirir.
Fərid Əlizadə
