Analitik Larri Conson ABŞ-ın xarici siyasətində aydın strategiyanın olmadığını vurğulayıb. O bildirib ki, Birləşmiş Ştatlar İsrail tərəfindən inandırılmış, hətta demək olar ki, aldadılmışdır.
Redaksiya gdh-ya istinadla xəbər verir ki, Conson həmçinin qlobal miqyasda yaxın gələcəkdə ciddi ərzaq qıtlığı ehtimalına diqqət çəkib. Onun sözlərinə görə, dünyanın bir çox ölkəsi, xüsusilə Hindistan, növbəti 6-8 ay ərzində böyük ərzaq çatışmazlığı ilə üzləşə bilər.
Bu vəziyyətin əsas səbəbi dünya gübrə təchizatının üçdə bir hissəsinin kəsilməsi ilə əlaqədardır. Bu kəsilmə qlobal kənd təsərrüfatı istehsalına ciddi mənfi təsir göstərir və ərzaq təhlükəsizliyi üçün böyük təhdid yaradır.
