Milli Məclisdə Avropa Parlamenti ilə bağlı qərar üçün komissiya yaradıldı

Milli Məclisdə Avropa Parlamenti ilə bağlı qərar üçün komissiya yaradıldı

Aytac Dəniz · Siyasət ·

Milli Məclis Avropa Parlamentinin Azərbaycana qarşı fəaliyyəti ilə bağlı qərar qəbul etmək üçün komissiya yaradıb.

Bunu spiker Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında bildirib.

Komissiyanın rəhbəri vitse-spiker Ziyafət Əsgərov, üzvləri isə Fazil Mustafa, Mübariz Qurbanlı, Tahir Mirkişili, Tural Gəncəliyev, Jalə Əliyeva və Səbinə Xasayevadır. (Qafqazinfo)