Meta şirkəti texnoloji cihazlarının satışını artırmaq məqsədilə fiziki mağazalar şəbəkəsi qurmağa başlayır.
Redaksiya xəbər verir ki, Kaliforniyanın Burlingeym şəhərində fəaliyyət göstərən ilk "Meta Store" mağazasında şirkətin Meta Quest virtual reallıq eynəkləri və Ray-Ban Meta ağıllı eynəkləri kimi məhsullar müştərilərə təqdim olunur. Bu addım, Apple-ın dünya üzrə 500-dən çox mağazası ilə həyata keçirdiyi strategiyanın kiçik miqyaslı bir versiyası kimi qiymətləndirilir.
Meta, 2024-cü ildə Los-Ancelesdə keçici "Meta Lab" mağazası ilə təcrübə keçirmişdi. İndi isə bu təcrübəni daimi mağazalara çevirməyi planlaşdırır. Lakin neçə mağaza açılacağı və bu prosesin nə zaman başlayacağı hələlik məlum deyil.
Şirkət, 2024-cü ildə 1 milyondan çox ağıllı eynək satıb. Mark Zukerberq bu satışları "yaxşı bir başlanğıc" kimi qiymətləndirib, lakin bu məhsulların Meta üçün "əsas iş sahəsi" olma potensialının hələ də qeyri-müəyyən olduğunu bildirib. 2025-ci ilin isə məhsulların gələcəyini formalaşdıracaq kritik bir il olacağına işarə edib.
Meta şirkətinin nümayəndəsi Endryu Bosvort, şirkətin bu il "satış, müştəri bağlılığı və istifadəçi əlaqəsini artırma" missiyasına fokuslandığını qeyd edib. Bundan əlavə, 2025-ci il ərzində yeni süni intellekt dəstəklı geyilə bilən cihazların da təqdim olunacağı gözlənilir.
Texnologiya nəhəngləri daha əvvəl də fiziki mağazalarla şanslarını sınayıblar. Amazon, 2015-ci ildə ilk mağazasını açıb; Apple isə bu sahədə ən uğurlu nümunələrdən biri halına gəlib. Microsoft isə 2020-ci ildə mağazalarını bağlamışdı.
Fərid Əlizadə
