Messi: Növbəti Dünya Kubokunda oynamaq ehtimalım çox azdır

Messi: Növbəti Dünya Kubokunda oynamaq ehtimalım çox azdır

Fərid Əlizadə · İdman ·

Argentina millisinin kapitanı Lionel Messi gələcək karyerası ilə bağlı açıqlama verib. O bildirib ki, başqa bir Dünya Kubokunda iştirak etməsi artıq real görünmür.

Redaksiya xəbər verir ki, 37 yaşlı hücumçu Argentina mətbuatına müsahibəsində hazırda diqqətini klub və milli komanda ilə qarşıdakı turnirlərə yönəltdiyini vurğulayıb. Onun sözlərinə görə, futbolçu kimi fiziki hazırlıq və motivasiya yüksək olsa da, növbəti Dünya Kubokuna qədər vaxt və yaş amili bu qərarı çətinləşdirir.

Mənbələr Messinin gələcəkdə milli komanda ilə yalnız qısa-müddətli yarışlarda meydana çıxa biləcəyini, əsas diqqətini isə klub karyerasına verəcəyini ehtimal edir.