Argentina millisinin və İnter Mayami klubunun ulduzu Lionel Messi peşəkar futbol tarixində ən çox qolda iştirak edən futbolçu statusunu qazanıb. O, FIFA Klublararası Dünya Çempionatında Portoya qarşı vurduğu cərimə zərbəsi qolu ilə ümumilikdə 1250 qolda pay sahibi olub.
Redaksiya xəbər verir ki, 37 yaşlı Messi bu göstəriciyə 866 qol və 384 assistlə çatıb. Onun bu statistikası onu rəqiblərindən bir addım önə çıxarır.
Ən yaxın izləyicisi Kriştiano Ronaldu isə 932 qol və 287 assistlə ümumilikdə 1219 qolda birbaşa iştirak edib. Beləliklə, Messi futbol tarixinin ən məhsuldar oyunçusu kimi yeni bir rekorda imza atıb.
Fərid Əlizadə
