Məşhur milyarder gözlənilmədən Apple paylarını satdı və digər şirkətə yatırdı

Məşhur milyarder gözlənilmədən Apple paylarını satdı və digər şirkətə yatırdı

Fərid Əlizadə · İqtisadiyyat ·

Efsane investor Uorren Baffet ilin sonunda təqaüdə çıxmağa hazırlaşarkən portfelində diqqətçəkən strateji dəyişiklik edib və uzun illər əsas mövqeyi olan Apple səhmlərinin bir hissəsini satıb.

Redaksiya xəbər verir ki, Baffetə məxsus Berkshire Hathaway Google-un ana şirkəti olan Alphabet şirkətindən 4,3 milyard dollarlıq yeni səhm alıb və bununla Alphabet portfeldə ilk on ən böyük investisiya sırasında yer alıb. Ekspertlər bu addımı investorun “təqaüd ərəfəsində son böyük mövqe dəyişikliyi” kimi qiymətləndirirlər.

Məlumata görə, Alphabet-ə yatırılan böyük məbləğ Baffetin ənənəvi ehtiyatlı strategiyasından kənara çıxan qeyri-adi addımdır. Şirkət üçüncü rübdə Apple-ın 42 milyon səhmətini sataraq təxminən 11 milyard dollar gəlir əldə edib və Apple-dakı mövqe 61 milyard dollara enib.

Berkshire portfelində ənənəvi şirkətlər üstünlüyünü qorumaqdadır. American Express, Bank of America və Coca-Cola kimi korporasiyalar əsas investisiya istiqamətləri olaraq qalır və son üç ildə ümumi satışların həcmi 184 milyard dollara çatıb.

Bazar göstəriciləri 2025-ci ildə Apple səhmlərinin təxminən 12 faiz, Alphabet-in isə 45 faiz bahalaşdığını göstərir. Analitiklər bu dinamikanın Berkshire-in Alphabet qərarının vaxtlamasını daha da əhəmiyyətli etdiyini bildirirlər.