Mərkəzi Bankın departamentlərindən birinin adı dəyişdirilib

Mərkəzi Bankın departamentlərindən birinin adı dəyişdirilib

Arzu Qafarova · Maliyyə ·


Azərbaycan Mərkəzi Bankının (AMB) İnformasiya və Kibertəhlükəsizlik departamentinin adı İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və rəqəmsal fırıldaqçılıqla mübarizə departamentinə dəyişdirilib.

Redaksiya bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, yeni departamentə də Elnur Eyvazlı rəhbərlik edir.