Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov “Maliyyəçisən” təcrübə proqramı çərçivəsində təcrübəçilərlə “Özünüzü dizayn edin” mövzusunda ilhamverici və düşündürücü sessiya keçirib.
Sessiya zamanı iştirakçılar özünü dərk etmənin fiziki, intellektual və mənəvi tərəflərinə fərqli prizmadan baxıblar, eyni zamanda gündəlik seçim və vərdişlərin zamanla həyatımıza və gələcək nəticələrimizə necə təsir etdiyini müzakirə ediblər.
Təcrübəçilər Vüsal Xəlilovun şəxsi inkişaf yolu, baxışları və təcrübəsi ilə maraqlanıblar, eləcə də öz inkişaf yolları və gələcək seçimləri ilə bağlı tövsiyələrini dinləyiblər.
Mövzunun 1 sessiya ilə yekunlaşmaması üçün Vüsal Xəlilov təcrübəçilərə şəxsi inkişaf yollarında onlara yoldaşlıq edəcək kitablar da hədiyyə edib. İnanırıq ki, bu kitablar görüşdən qalan xoş xatirə olmaqla yanaşı, onların gələcək inkişafına töhfə verən dəyərli hədiyyələrdən biri olacaq.
