Mərkəzi Bankda Fintex Assosiasiyasının  nümayəndələri ilə görüş keçirilib

Mərkəzi Bankda Fintex Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib

Aytac Dəniz · İqtisadiyyat ·

Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov Azərbaycan Fintex Assosiasiyasının nümayəndələri ilə görüş keçirib.

Görüş çərçivəsində 2026-cı ilin ikinci rübündə maliyyə texnologiyaları və ödəniş sahəsində əldə olunan nəticələr, eləcə də ekosistemdə formalaşan başlıca meyillər və gələcək inkişaf istiqamətləri müzakirə olunub. Bununla yanaşı, kriptoaktivlər və kriptoaktiv xidməti təminatçılarının fəaliyyətini əhatə edən kompleks tənzimləmə çərçivəsinin tətbiqi, habelə bu sahədə müvafiq normativ xarakterli aktların hazırlanması istiqamətində görüləcək işlər diqqət mərkəzində olub.

Görüşdə həmçinin növbəti mərhələdə sektor üçün müəyyənləşdirilən başlıca strateji hədəflər, eləcə də fırıldaqçılıq və qeyri-qanuni əməliyyatların qarşısının alınması məqsədilə nəzarət alətlərinin təkmilləşdirilməsinə yönəlmiş təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.