“City Finance” kredit faizlərini ARTIRDI

“City Finance” kredit faizlərini ARTIRDI

Aytac Dəniz · İqtisadiyyat ·

“City Finance” BOKT istehlak krediti üzrə faiz dərəcəsini artırıb.

Mikromaliyyə təşkilatı istehlak krediti üzrə faiz dərəcəsi 25%-dən 26%-ə yüksəlib.

Beləliklə, kredit üzrə faiz dərəcəsi 1 faiz bəndi artırılıb. Faiz dərəcəsinin özünə nəzərən artım 4% təşkil edir.

Qeyd edək ki, “City Finance Bank Olmayan Kredit Təşkilatı” MMC 2013-cü ildən fəaliyyət göstərir. Təşkilatın nizamnamə kapitalı 5 milyon manat, qanuni təmsilçisi Tural Əhmədov Mahir oğludur. (plat.az)