Mercedes-Benz silah sənayesinə qayıdır

Mercedes-Benz silah sənayesinə qayıdır

Yulduz Səlimov · Media ·

Mercedes-Benz geosiyasi vəziyyət fonunda müdafiə sənayesində daha aktiv rol oynamağı nəzərdən keçirir.

Redaksiya xəbər verir ki, şirkətin baş icraçı direktoru Ola Kallenius Mercedes-Benz-in Avropanın müdafiə imkanlarının genişləndirilməsində iştirak edə biləcəyini bildirib.

Məlumata görə, əsas diqqət xüsusi hərbi avtomobillər və yük maşınlarına yönələ bilər. Buraya Unimog, Zetros və G-Class modellərinin hərbi versiyaları kimi mövcud platformalar daxildir.

Kallenius bildirib ki, belə addım üçün əsas şərt iqtisadi səmərəlilikdir. Müdafiə sektoru ilkin mərhələdə Mercedes-Benz-in ümumi biznesində çox kiçik pay tutacaq, lakin uzunmüddətli perspektivdə bu istiqamət böyüyə bilər.

Avropada müdafiə istehsalına maraq yalnız Mercedes-Benz-lə məhdudlaşmır. Məlumatlara görə, Volkswagen də müdafiə sənayesində daha fəal iştirak imkanlarını nəzərdən keçirir.

İddialara əsasən, gələcəkdə İsrailin “Dəmir Qübbə” hava müdafiə sistemi üçün bəzi komponentlər Volkswagen-in Osnabrükdəki müəssisəsində istehsal oluna bilər.