Meloni İtaliyanın nüvə enerjisindən imtinasını səhv adlandırdı

Meloni İtaliyanın nüvə enerjisindən imtinasını səhv adlandırdı

Könül Məmmədova · Media ·

İtaliyanın Baş naziri Corca Meloni ölkəsinin onilliklər əvvəl nüvə enerjisindən imtina etməsinin ağır nəticələr yaratdığını bildirib.

Redaksiya xəbər verir ki, Meloni İtaliyanın həmin qərarın bədəlini enerji təhlükəsizliyi və iqtisadi rəqabət baxımından ödədiyini deyib.

“İtaliya onilliklər əvvəl nüvə enerjisindən imtina etmək qərarı verdi və bunun qiymətini ödədi”, — deyə baş nazir bildirib.

Meloni eyni məntiqlə müdafiə sahəsində də xarici asılılığın təhlükəli olduğunu vurğulayıb.

Onun sözlərinə görə, dövlət öz müdafiəsini başqalarına həvalə etdikdə bunun bədəlini müstəqilliyi, suverenliyi və beynəlxalq arenada öz maraqlarını qorumaq qabiliyyəti ilə ödəyir.

“Mən heç kimə təşəkkür etmək məcburiyyətində qalmayan İtaliya istəyirəm”, — deyə Meloni qeyd edib.

Açıqlama Avropada enerji təhlükəsizliyi, nüvə enerjisinə qayıdış və müdafiə xərclərinin artırılması ilə bağlı müzakirələrin gücləndiyi dövrə təsadüf edir.