Meksika Prezidenti Klaudiya Şeynbaum ölkəsinin İran millisinin 2026 Dünya Kuboku zamanı Meksikada qalmasına razılıq verdiyini açıqlayıb.
Redaksiya xəbər verir ki, qərar ABŞ-ın İran yığmasının turnir boyunca ölkə ərazisində qalmasını istəməməsindən sonra qəbul edilib.
Şeynbaum bildirib ki, FIFA Meksika tərəfinə müraciət edib və İran millisinin Meksikada yerləşməsi təklif olunub. Meksika prezidenti bu məsələdə heç bir problem görmədiklərini deyib.
Məlumata görə, İran millisi Dünya Kuboku zamanı bazasını Meksikanın Tixuana şəhərində quracaq və ABŞ-dakı oyunlara buradan gedib-gələcək.
İranın qrup mərhələsindəki oyunlarının ABŞ-da keçirilməsi planlaşdırılır. Lakin komandanın daimi yerləşmə bazasının Meksikaya köçürülməsi Vaşinqton-Tehran gərginliyi və viza-logistika problemləri ilə əlaqələndirilir.
2026 Dünya Kuboku ABŞ, Meksika və Kanada tərəfindən birgə təşkil olunacaq.
