Türkiyədə İstinaf Məhkəməsinin 36-cı Hüquq Dairəsi CHP-nin 38-ci Adi Qurultayı və 21-ci Fövqəladə Qurultayı ilə bağlı qərar verib.
Redaksiya xəbər verir ki, məhkəmə hər iki qurultay barədə “mütləq etibarsızlıq” qərarı çıxarıb.
Bu termin hüquqi baxımdan qərarın və ya prosesin əvvəldən etibarsız hesab olunması mənasını verir. Yəni məhkəmə həmin qurultayların hüquqi qüvvəsinin olmadığını qiymətləndirib.
Qərar CHP daxilində ciddi siyasi nəticələr yarada bilər. Türkiyə mediasında yayılan məlumatlara görə, prosesin nəticəsi olaraq Özgür Özəlin rəhbərliyi mübahisə altına düşə və keçmiş CHP sədri Kamal Kılıçdaroğlunun yenidən partiya rəhbərliyinə qayıtması gündəmə gələ bilər.
İş CHP qurultaylarının ləğvi tələbi ilə açılmış iddia əsasında araşdırılıb.
Qərarın partiya rəhbərliyi, daxili struktur və gələcək siyasi proseslərə necə təsir edəcəyi Türkiyə siyasətində geniş müzakirə olunur.
