Medvedev Paşinyan və Zelenskini təhqir edib

Medvedev Paşinyan və Zelenskini təhqir edib

Nizami Salmanov · Media ·

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ermənistanın Baş naziri Nikol Paşinyan və Ukrayna Prezidenti Volodimir Zelenskinin İrəvandakı görüşünü sərt ifadələrlə tənqid edib.

Redaksiya Rusiya mediasına istinadla xəbər verir ki, Medvedev iki liderin rus dilini yaxşı bildiyi halda kameralar qarşısında ingilis dilində danışmasını lağa qoyub. O, Paşinyan və Zelenski haqqında təhqiramiz ifadələr işlədərək onları “rusofob” adlandırıb.

Medvedev iddia edib ki, liderlər ingilis dilindən yalnız protokol çəkilişi üçün istifadə ediblər və sonradan rus dilində danışmış ola bilərlər. O, həmçinin ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Cey Di Vensin də orada olmasının “ingilis dili imtahanı” üçün uyğun olacağını istehza ilə yazıb.

Açıqlama Zelenskinin Ermənistana ilk səfəri və İrəvanda keçirilən Avropa Siyasi Birliyi sammiti fonunda səslənib. Görüş zamanı Paşinyan və Zelenski arasında Ukrayna, regional təhlükəsizlik və Ermənistan-Ukrayna təmasları ilə bağlı məsələlərin müzakirə olunduğu bildirilir.