Medvedev: Avropadakı dron zavodları Rusiya üçün potensial hədəfdir

Medvedev: Avropadakı dron zavodları Rusiya üçün potensial hədəfdir

Nizami Salmanov · Media ·

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Avropadakı müəssisələrlə bağlı sərt bəyanatla çıxış edib. O, Rusiya Müdafiə Nazirliyinin açıqlamasının hərfi mənada qəbul edilməli olduğunu vurğulayıb.

Redaksiya məlumat verir ki, Medvedev bəyan edib ki, dronlar və digər hərbi texnika istehsal edən Avropa müəssisələrinin siyahısı Rusiya Silahlı Qüvvələri üçün potensial hədəflərin siyahısıdır. Bu, Moskvanın regiondakı hərbi fəaliyyətlə bağlı mövqeyinin ciddiliyini göstərir.

Rusiya rəsmisi vurğulayıb ki, zərbələrin reallığa çevrilməsi növbəti addımlardan asılı olacaq. O, Avropa tərəfdaşlarına sərt mesaj ünvanlayaraq, "Yaxşı yatın, Avropa tərəfdaşları!" sözləri ilə bəyanatını yekunlaşdırıb.