Rusiyada Mərkəzi Bank və maliyyə qurumlarının dron hücumlarından müdafiəsi ilə bağlı yeni qanun qəbul edilib.
Redaksiya xəbər verir ki, qanun maliyyə obyektlərində pilotsuz uçuş aparatlarına qarşı xüsusi müdafiə sistemlərindən istifadə etməyə icazə verir.
Yeni qaydalara əsasən, Mərkəzi Bank, banklar və digər maliyyə institutları öz obyektlərini qorumaq üçün antidron avadanlıqları tətbiq edə biləcək.
Qanun həmçinin müəyyən hallarda bu qurumların təhlükəsizlik əməkdaşlarının silahlandırılmasına da icazə verir.
Məqsəd maliyyə infrastrukturu, məlumat mərkəzləri, nağd pul anbarları və strateji bank obyektlərini mümkün dron hücumlarından qorumaqdır.
Bu qərar Rusiyada dron hücumları riskinin artdığı və kritik infrastrukturların müdafiəsinin gücləndirildiyi dövrə təsadüf edir.
