Makron İsrailin Qəzza hücum planını “fəlakət” adlandırdı

Makron İsrailin Qəzza hücum planını “fəlakət” adlandırdı

Sevinc Kərimova · Siyasət ·

Fransa Prezidenti Emmanuel Makron İsrailin Qəzzaya həyata keçirməyi planlaşdırdığı hücumun iki xalq üçün “gerçək fəlakət” olacağını bildirib.

Redaksiya xəbər verir ki, Makron açıqlamasında belə bir addımın bölgəni daimi müharibəyə sürükləyəcəyini vurğulayıb. O, Qəzzada münaqişənin daha da alovlanmasının həm fələstinlilər, həm də israillilər üçün faciəvi nəticələr doğuracağını qeyd edib.

Makronun sözlərinə görə, müharibəni dayandıra biləcək yeganə əməliyyat Qəzzada daimi atəşkəsin təmin olunması və bütün girovların azad edilməsi ola bilər.

Fransa rəhbəri beynəlxalq ictimaiyyəti sülhün bərqərar olması üçün daha qətiyyətli mövqe nümayiş etdirməyə çağırıb.

Sevinc Kərimova