Makron etiraf edib: Merkel və Draqi üçün darıxıram

Makron etiraf edib: Merkel və Draqi üçün darıxıram

Könül Məmmədova · Media ·

Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqının (Aİ) yeni liderləri ilə işləməkdən sıxıldığını etiraf edib. O, Almaniyanın keçmiş kansleri Angela Merkel və İtaliyanın sabiq Baş naziri Mario Draqi üçün darıxdığını bildirib. Bu barədə mətbuatda dərc olunan şəxsi yazışmaya istinadən məlumat yayılıb.

Redaksiya məlumat verir ki, sözügedən mesaj Makron tərəfindən 2024-cü ilin payızında Brüsseldə keçirilən Aİ sammiti zamanı bir jurnalistə göndərilib.

“Darıxıram. Hər şey kədərlidir və yaradıcılıq enerjisindən məhrumdur. Mario Draqi və Angela Merkel üçün dəhşətli dərəcədə darıxıram”, – deyə Fransa Prezidentinin mesajında bildirilib.

Makron həmçinin Avropa siyasətindəki mövcud vəziyyətin bəzən ona mənəvi ağırlıq yaratdığını etiraf edib.

Bununla belə, Fransa lideri çətinliklərə baxmayaraq, ruhdan düşmədiyini vurğulayıb.

Açıqlanan yazışma Makronun Aİ rəhbərliyində əvvəlki illərdə mühüm rol oynamış Merkel və Draqinin siyasi fəaliyyətinə verdiyi qiyməti əks etdirir.

Qeyd edək ki, Angela Merkel 2005–2021-ci illərdə Almaniyanın kansleri, Mario Draqi isə 2021–2022-ci illərdə İtaliyanın Baş naziri vəzifəsində çalışıb.

Makronun sözləri hazırkı Aİ liderlərinə münasibətdə şəxsi qiymətləndirmə xarakteri daşıyır. Mesajın 2024-cü ildə yazıldığı nəzərə alınmalıdır.