ABŞ-da 38 bələdiyyə məlumat mərkəzlərinin tikintisinə məhdudiyyətləri dəstəkləyib

ABŞ-da 38 bələdiyyə məlumat mərkəzlərinin tikintisinə məhdudiyyətləri dəstəkləyib

Aytac Dəniz · Media ·

ABŞ-da məlumat mərkəzlərinin tikintisinə qarşı narazılıq noyabrın 3-də keçirilən aralıq seçkilərinin nəticələrinə də təsir göstərib. Ölkənin ən azı 38 yerli inzibati ərazisində seçicilər yeni məlumat mərkəzlərinin inşasına qadağa qoyulmasını və ya məhdudiyyətlər tətbiq edilməsini dəstəkləyiblər. Bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.

Redaksiya mənbəyə istinadən xəbər verir ki, məlumat mərkəzlərinin sürətlə genişləndiyi bir sıra ştatlarda bu obyektlərin tikintisinə daha sərt nəzarət vəd edən Demokratlar Partiyasının namizədləri qalib gəliblər.

Xüsusilə Texasda Cina Hinohosa yeni məlumat mərkəzi layihələrinə moratorium tətbiq edəcəyini vəd edib. Ohayoda isə qubernator seçilən Emi Akton bu sahədə məhdudiyyətlərin gücləndirilməsini dəstəkləyib.

Sakinlərin əsas narazılığı məlumat mərkəzlərinin yaratdığı səs-küy, böyük həcmdə elektrik enerjisi və su istehlakı, eləcə də kommunal ödənişlərin bahalaşması ehtimalı ilə bağlıdır.

“The Washington Post”, ABC News və Ipsos-un birgə sorğusuna əsasən, hər on amerikalıdan yeddisi yaşadığı ərazidə yeni məlumat mərkəzlərinin tikilməsinə qarşı çıxır.

S&P Global şirkətinin məlumatlarına görə, avqustun əvvəlinə qədər ABŞ-da 145-dən çox məlumat mərkəzi layihəsinin həyata keçirilməsi təxirə salınıb və ya ləğv edilib. Bu qərarların əksəriyyəti yerli icmaların etirazları ilə əlaqələndirilir.

Məlumat mərkəzlərinə qarşı narazılığın seçkilərdə özünü göstərməsi gələcəkdə daha çox siyasətçinin bu sahədə sərt tənzimləmə tədbirlərini dəstəkləməsinə səbəb ola bilər.

Bununla belə, məlumat mərkəzlərinin tikintisinə məhdudiyyətlərin genişlənməsinin ABŞ-da süni intellekt infrastrukturunun inkişafına hansı miqyasda təsir göstərəcəyi hələlik məlum deyil.