Makron ABŞ prezidenti Donald Trampın tarif hədələrini kəskin tənqid etdi

Makron ABŞ prezidenti Donald Trampın tarif hədələrini kəskin tənqid etdi

Sevinc Kərimova · Siyasət ·

Fransa Prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampın ünvanladığı təzyiq və tarif hədələrinə sərt reaksiya verib. O bildirib ki, Ukrayna, Qrenlandiya və dünyanın digər bölgələri ilə bağlı heç bir təhdid və ya basqı Avropanı seçdiyi yoldan döndərə bilməz.

Redaksiya xəbər verir ki, Fransa lideri tarif tətbiqi ilə hədələmənin qəbuledilməz olduğunu vurğulayıb və bunun mövcud vəziyyətdə yeri olmadığını deyib. Makron Avropanın bu cür addımlara qarşı vahid və əlaqələndirilmiş şəkildə cavab verəcəyini, Avropa suverenliyinin qətiyyətlə qorunacağını bəyan edib.

Prezident əlavə edib ki, bu mövqedən çıxış edərək Avropadakı tərəfdaşları ilə geniş məsləhətləşmələr aparacaq. Onun sözlərinə görə, Avropa ölkələri həm təhlükəsizlik, həm də siyasi məsələlərdə ortaq mövqe nümayiş etdirməlidir və xarici təzyiqlər qarşısında həmrəylik əsas prinsip olaraq qalır.