Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın hədəfləməsinə cavab olaraq kamuflyaj geyimində və qılınc ilə çıxış edib.
Redaksiya xəbər verir ki, dövlət başçısı çıxışında ölkəyə qarşı təzyiqlərin artdığını bildirib və bunun Venesuelanın iradəsini zəiflətməyəcəyini vurğulayıb.
Maduro bəyan edib ki, xarici müdaxilə cəhdləri heç vaxt nəticə verməyəcək və “Venesuelanı ələ keçirmək mümkün olmayacaq”. Dövlət başçısı ölkənin təhlükəsizlik qüvvələrinin hazır vəziyyətdə olduğunu qeyd edib.
