Maduro ABŞ məhkəməsində özünü prezident və müharibə əsiri adlandırdı

Maduro ABŞ məhkəməsində özünü prezident və müharibə əsiri adlandırdı

Sevinc Kərimova · Siyasət ·

Nikolas Maduro Manhettendə federal məhkəmədə çıxış edərək özünü Venesuelanın prezidenti və müharibə əsiri hesab etdiyini bildirib, Karakasdakı evində saxlanıldığını deyib.

Redaksiya Reuters istinadla xəbər verir ki, Maduro ABŞ-də qaldırılan narkoterrorizm işi üzrə özünü təqsirli bilmədiyini bəyan edib və hakim onun martın on yeddisində növbəti dinləməyə gəlməsini əmr edib.

Məlumata görə, Maduro müdafiəsi üçün WikiLeaks-in qurucusu Culian Assanjın uzunmüddətli vəkili kimi tanınan Barri Pollakı cəlb edib və iş federal cinayət icraatı çərçivəsində davam edir.