Madonna Qəzzadakı uşaqlar üçün Papaya “Çox gec olmadan gedin” çağırışı edib

Madonna Qəzzadakı uşaqlar üçün Papaya “Çox gec olmadan gedin” çağırışı edib

Sevinc Kərimova · Şou-Biznes ·

ABŞ-li müğənni Madonna, Qəzzada yaşayan uşaqların üzləşdiyi humanitar böhrana diqqət çəkərək Katoliklərin ruhani lideri və Vatikan dövlət başçısı Papa XIV Leo’ya “Çox gec olmadan bölgəyə gedin” çağırışı edib.

Redaksiya xəbər verir ki, Madonna “X” hesabındakı paylaşımında siyasətin dəyişiklik yarada bilməyəcəyini, bunun yalnız fərqindəliyin artması ilə mümkün olacağını vurğulayıb. O, Papa XIV Leo-nun Qəzzaya girişinə heç kimin mane ola bilməyəcəyini deyib: “Çox gec olmadan gedin, işığınızı uşaqlara aparın. Bir ana olaraq onların əzab çəkməsinə baxa bilmirəm. Dünyanın bütün uşaqları hamımıza aiddir.”

Müğənni, humanitar yardım yollarının tam açılması və günahsız uşaqların xilas edilməsinin vacibliyini bildirib. O, yardım etmək istəyənləri ABŞ mərkəzli “World Central Kitchen” və İsraildə fəaliyyət göstərən “Women Wage Peace” təşkilatlarına ianə etməyə çağırıb: “Hər kəs əzab çəkir. Yeganə məqsədim, bu uşaqların aclıqdan ölməsinin qarşısını almaqdır.”

Sevinc Kərimova