Billi Aylişin qardaşı və prodüseri Finneas, amerikalı reper Macklemore-un Fələstinə dəstəyinə görə Ed Şiranın turnesindən çıxarılmasına reaksiya verərək özü də turnedən çəkilib.
Redaksiya xəbər verir ki, Sky News-un məlumatına görə, bundan sonra əvvəlcə Ed Şiranın turnesində iştirak etməsi planlaşdırılan bütün artistlər proqramdan geri çəkiliblər.
Məlumata əsasən, proses Macklemore-un turnedən çıxarılmasından sonra başlayıb və digər iştirakçıların da qərarlarına təsir edib.
Hadisə ilə bağlı Ed Şiranın komandası və təşkilatçıların mövqeyi barədə əlavə məlumat verilməyib.
