Macarıstanın MOL və O&GD şirkətləri ölkə ərazisində yeni neft yatağı kəşf ediblər. İlkin hesablamalara görə, “Qalqaheviz-4” quyusu gündəlik təxminən min barrel xam neft hasil etmək gücünə malikdir.
Redaksiya şirkətlərin yaydığı açıqlamaya istinadla xəbər verir ki, hasil olunan xammal MOLGROUP ilə O&GD arasında 51–49 nisbətində bölünəcək və Szazxalombatta şəhərində yerləşən Dunay Neft Emalı Zavodunda emal olunacaq.
Məlumatda qeyd olunur ki, yeni yatağın istismarı ölkənin enerji asılılığının azaldılmasına töhfə verəcək. Xatırladaq ki, bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyarto “Drujba” neft kəmərinə edilən hücumu ölkənin enerji təhlükəsizliyinə zərbə adlandırmış və nəticədə ölkəyə neft tədarükünün bir müddət dayandırıldığını bildirmişdi.
