Macarıstan Ukraynaya silah göndərməyəcək

Macarıstan Ukraynaya silah göndərməyəcək

Yulduz Səlimov · Media ·

Macarıstanın Baş naziri Peter Maqyar ölkəsinin Ukraynaya silah və hərbi texnika göndərməyəcəyini açıqlayıb.

Redaksiya xəbər verir ki, Maqyar bu barədə NATO Baş katibi Mark Rütte ilə görüşdən sonra danışıb.

Onun sözlərinə görə, görüşdə Macarıstanın NATO-dakı rolu, alyans çərçivəsində öhdəlikləri və Kosovo üzrə sülhməramlı missiyada macar hərbçilərinin iştirakı müzakirə edilib.

Maqyar bildirib ki, Budapeşt NATO-nun “etibarlı tərəfdaşı” olaraq qalmaq niyyətindədir.

Baş nazirin sözlərinə görə, Rütte Macarıstan hərbçilərinin Kosovo missiyasındakı fəaliyyətini yüksək qiymətləndirib.

Görüşdə həmçinin iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammitinə hazırlıq məsələləri və Hörmüz boğazı ətrafındakı vəziyyət də müzakirə olunub.

Macarıstan Ukrayna müharibəsi ilə bağlı mövqeyində hərbi yardım göndərməmək xəttini saxlayır və diqqəti diplomatik həllə yönəltməyin vacibliyini vurğulayır.