Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ABŞ Prezidenti Donald Trampla görüş öncəsi mediaya açıqlama verməkdən imtina etməsinin səbəbini izah edib.
Redaksiya xəbər verir ki, Lula əsas məqsədinin görüş keçirmək və məsələləri müzakirə etmək olduğunu bildirib.
Onun sözlərinə görə, tərəflər hələ heç nə müzakirə etməmişkən mətbuat konfransı keçirməyin mənası yoxdur.
Lula qeyd edib ki, nə onun, nə də Donald Trampın şəkillərə və ya mətbuat üçün süni açıqlamalara ehtiyacı var.
Braziliya lideri əvvəlcə görüşün keçirilməsini, yalnız bundan sonra mediaya danışmağın daha düzgün olduğunu vurğulayıb.
