Livan hökumətinin Hizbullahı silahsızlaşdırmaq qərarına etiraz aksiyaları keçirilib

Livan hökumətinin Hizbullahı silahsızlaşdırmaq qərarına etiraz aksiyaları keçirilib

Sevinc Kərimova · Siyasət ·

Livan hökumətinin Hizbullahın silahsızlaşdırılması ilə bağlı verdiyi qərar ölkədə narazılıqlara səbəb olub.

Redaksiya xəbər verir ki, Hizbullah tərəfdarları bu qərara etiraz olaraq müxtəlif şəhərlərdə küçələrə axışıblar və kütləvi etiraz aksiyaları keçiriblər. Aksiyalar zamanı nümayişçilər yolları bağlayıb, şüarlar səsləndirib və qərarın ləğvini tələb ediblər.

Etirazçılar Livan hökumətini xarici təzyiqlərlə hərəkət etməkdə ittiham edərək, Hizbullahın ölkənin təhlükəsizliyində və müdafiəsində mühüm rol oynadığını bildiriblər.

Rəsmi orqanlar etirazlara münasibət bildirməyib. Təhlükəsizlik qüvvələri hazırda vəziyyəti nəzarətdə saxlayır. Aksiyaların yaxın günlərdə daha da genişlənəcəyi ehtimal olunur.

Sevinc Kərimova