Linkoln gəmisi İran sahillərinə yaxınlaşdı

Linkoln gəmisi İran sahillərinə yaxınlaşdı

Yulduz Səlimov · Media ·

ABŞ Hərbi Dəniz Qüvvələrinin "USS Abraham Lincoln" təyyarədaşıyan gəmisi Oman körfəzinin sularına daxil olub. Gəmi İran sahillərindən 200 kilometr cənubda mövqe tutub.

Redaksiya BBC-yə istinadla xəbər verir ki, bu məlumat peyk məlumatlarına əsaslanır. Bu, ABŞ-ın İranda hərbi əməliyyatının başlamasından bəri Amerika gəmisinin Fars körfəzinə bu qədər yaxınlaşdığı ilk haldır.

Yayım korporasiyası onu da bildirib ki, təyyarədaşıyan zərbə qrupuna iki raket esminesi daxildir. Bu esmineslər gəminin müdafiəsini təmin edən vacib hərbi vasitələrdir.

Bildirək ki, 25 Mart tarixində gəminin İran tərəfindən vurulduğu, göyərtəsində yanğın çıxdığı və nəticədə Yunanıstan sahillərinə çəkildiyi məlumatları gündəm olmuşdu.