Laricani İranda iğtişaşlar barədə təhlükəsizlik qüvvələrinin mövqeyini açıqladı

Laricani İranda iğtişaşlar barədə təhlükəsizlik qüvvələrinin mövqeyini açıqladı

Sona Osmanova · Siyasət ·

İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ölkədə baş verən iğtişaşlarla bağlı açıqlama verərək təhlükəsizlik qüvvələrinin vəziyyətə tam nəzarət etdiyini bildirib.

Redaksiya xəbər verir ki, Laricani təhlükəsizlik orqanlarının hadisələrin təşkilatçılarını müəyyən etdiyini, onların bir hissəsinin artıq saxlanıldığını, digərlərinin isə yaxın zamanda tutulacağını qeyd edib.

Onun sözlərinə görə, bəzi şəxslər aldadılaraq proseslərə cəlb edilsə də, çoxluq əvvəlcədən silahlanmış vəziyyətdə, tüfəng və tapançalarla hərəkət edib ki, bu da açıq şəkildə planlaşdırılmış və təşkil olunmuş fəaliyyətə işarə edir.

Laricani əlavə edib ki, hərbi və polis obyektlərinə dərhal hücumlar vətəndaş qarşıdurması yaratmaq və xarici müdaxiləyə zəmin hazırlamaq cəhdi kimi qiymətləndirilir, lakin hazırlıqlı olan təhlükəsizlik qüvvələri obyektlərin ələ keçirilməsinə imkan verməyib.