ABŞ prezidenti Tramp “GENIUS” aktı adlandırılan kriptovalyuta qanununu rəsmi şəkildə imzalayıb.
Redaksiya xəbər verir ki, Tramp bu qanunun ABŞ dollarını “güclü, möhkəm və güvənli” göstərdiyini bildirib: “Kriptovalyuta dollarımızı yaxşı və güclü göstərdi. Bu, dollar üçün də, ölkəmiz üçün də faydalıdır.” O əlavə edib ki, “kripto istənilən səhm qiymətindən daha çox dəyər qazanıb.”
Coinbase şirkətinin Baş direktoru Brayan Armstronq Trampın imzasını “ABŞ-da maliyyə inqilabının rəsmi başlanğıcı” adlandırıb. Şirkətin səhmləri ($COIN) 2021-ci ildən bəri ilk dəfə yeni rekorda çatıb.
Bundan əlavə, $10 trilyonluq aktivləri idarə edən Charles Schwab şirkəti Bitcoin və Ethereum alqı-satqı xidmətlərini işə salacağını elan edib.
Mastercard rəhbərliyi isə sabit kriptovalyutaların transsərhəd ödənişləri daha sürətli və ucuz etmə qabiliyyətinə malik olduğunu bildirib.
Robinhood şirkətinin Baş direktoru Vlad Tenev isə bildirib ki, “kripto və süni intellekt hər bir sahənin gələcəyini formalaşdıracaq.”
Fərid Əlizadə
