Kreml mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradında işləmək üçün xarici media nümayəndələrinə verilmiş akkreditasiyaları ləğv edib.
Redaksiya “Spiegel”ə istinadla xəbər verir ki, nəşrin redaksiyasına akkreditasiyanın ləğvi barədə telefonla məlumat verilib.
Məlumata görə, Almaniyanın ARD və ZDF telekanallarının, “Sky” müxbirinin, Fransanın AFP agentliyinin əməkdaşlarının, İtaliyanın Rai televiziyasının və Yaponiyanın NHK kanalının jurnalistlərinin də akkreditasiyaları ləğv olunub.
“Spiegel” yazır ki, qərarın səbəbi ilə bağlı jurnalistlərə ətraflı izah verilməyib.
Hadisə Rusiya ilə Qərb ölkələri arasında informasiya və media sahəsində gərginliyin davam etdiyi bir vaxtda baş verib.
