Kreml ABŞ Prezidenti Donald Trampa Rusiyaya səfər üçün göndərilən dəvətin hələ də qüvvədə olduğunu açıqlayıb.
Redaksiya məlumat verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Peskovun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Trampı Moskvada görməkdən hər zaman məmnun olar.
Kreml rəsmisi Moskvanın ABŞ lideri ilə dialoqa açıq olduğunu vurğulayıb.
Açıqlama Rusiya-ABŞ münasibətlərinin gərgin olaraq qaldığı və tərəflər arasında ciddi irəliləyişin olmadığı bir dövrdə səsləndirilib.
