Kreml Ermənistanı “iki stulda oturmaq”la ittiham edib

Kreml Ermənistanı “iki stulda oturmaq”la ittiham edib

Nizami Salmanov · Media ·

Kreml Ermənistanın eyni vaxtda fərqli geosiyasi istiqamətlər arasında balans yaratmağa çalışdığını bildirib.

Redaksiya xəbər verir ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Ermənistanın “iki stulda oturmağa” davam etməsindən təəssüf duyduqlarını deyib.

Onun sözlərinə görə, Moskva İrəvanın siyasətində ziddiyyətli addımlar müşahidə edir.

Açıqlama Ermənistanın son dövrlərdə Qərblə münasibətləri genişləndirməsi və KTMT fəaliyyətində iştirakını dondurması fonunda səsləndirilib.

Rusiya və Ermənistan arasında münasibətlər son illərdə təhlükəsizlik və xarici siyasət məsələləri ətrafında gərginləşib.