Kral Çarlz Trampa: Biz olmasaydıq, siz Fransızca danışardınız

Kral Çarlz Trampa: Biz olmasaydıq, siz Fransızca danışardınız

Könül Məmmədova · Media ·

Böyük Britaniya kralı Çarlz Ağ Evdə təşkil olunan şam yeməyi zamanı ABŞ prezidenti Donald Trampla maraqlı çıxış edib. O, çıxışı zamanı dil və tarixi təsirlərə dair bəzi fikirlər səsləndirilib.

Redaksiya xəbər verir ki, Kral Çarlz ABŞ prezidenti Donald Trampın əvvəlki bir şərhini sitat gətirib. Kral Trampın "əgər Birləşmiş Ştatlar olmasaydı, Avropa ölkələri alman dilində danışardı" ifadəsinə toxunub.

Bu sitatdan sonra Kral Çarlz öz növbəsində ABŞ prezidenti Donald Trampa zarafatla cavab verib. O, "əgər biz olmasaydıq, siz fransız dilində danışardınız" deyərək, Böyük Britaniyanın tarixi roluna işarə edib. Bu isə öz növbəsində zalda gülüşə səbəb olub.