Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkə müxalifətini radikal antirusiya mövqeyi və rusofobiyada ittiham edib. O, bu barədə sosial şəbəkədə paylaşım edib.
Redaksiya xəbər verir ki, Kobaxidzenin fikrincə, müxalifətin Rusiyaya qarşı kəskin münasibəti 2022-ci ildə Ukraynada müharibə başlayandan sonra deyil, 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında baş vermiş müharibədən sonra formalaşmalı idi.
Baş nazir müxalifətin mövqeyində ardıcıllığın olmadığını bildirib. O, siyasi rəqiblərinin antirusiya ritorikasını Gürcüstanın milli maraqlarından daha çox xarici siyasi gündəmlə əlaqələndirib.
Gürcüstan müxalifəti isə hakimiyyəti Rusiya ilə münasibətlərdə həddindən artıq yumşaq siyasət yürütməkdə və ölkənin Avropa inteqrasiyasına mane olmaqda ittiham edir.
