İsrail parlamentinin üzvü Ayman Ode, ABŞ Prezidenti Donald Trampın Knessetdə çıxışı zamanı etiraz etdiyi üçün zaldan çıxarılıb. Deputat əlində “Fələstini tanıyın” yazılmış plakat qaldıraraq Trampın çıxışını yarıda kəsməyə cəhd edib.
Redaksiya xəbər verir ki, Ayman Ode hadisədən sonra verdiyi açıqlamada “Mən sadəcə beynəlxalq ictimaiyyətin üzərində razılaşdığı bir tələbi səsləndirdim: Fələstin dövlətini tanıyın” deyib. Deputatın zaldan çıxarılması İsrail siyasətində böyük rezonans doğurub.
Hadisə zamanı təhlükəsizlik əməkdaşları Odeyə müdaxilə edərək onu plenar iclasdan uzaqlaşdırıblar. Tramp çıxışına fasilədən sonra davam edib və Qəzza barış planının İsrail üçün “tarixi dönüş nöqtəsi” olduğunu bildirib.
