Süni intellekt əsasında video istehsalı sahəsində yeni nəsil alət təqdim olunub və bu yenilik qlobal miqyasda böyük maraq doğurub. Kling 3.0 adlı neyron şəbəkə sistemi peşəkar kino istehsalına yaxın nəticələr təqdim etməklə bu sahədə rəqiblərini geridə qoyduğu iddia olunur. Sistem kadrların qurulması, kamera bucaqlarının seçimi, səs sinxronizasiyası və montaj prosesini tam avtomatik şəkildə həyata keçirə bilir.
Redaksiya xəbər verir ki, Kling 3.0 texniki imkanlarına görə Hollivud səviyyəli vizual nəticələr yaratmaq potensialına malikdir və hazırda yalnız Ultra abunəçilər üçün əlçatandır. Platformanın əsas xüsusiyyətləri bunlardır:
Real çəkilişlərdən demək olar ki, ayırd edilməyən nəticələr
15 saniyəyədək yüksək keyfiyyətli videoların yaradılması
Personajların, obyektlərin və səhnələrin dəqiq qavranılması
Çin, ingilis, yapon, koreya və ispan dillərində ideal dodaq sinxronu
Dəqiq kamera nəzarəti, yüksək realizm və fərdiləşdirilə bilən çoxkadr rejimi
Müxtəlif dillər və aksentlərin dəstəklənməsi, audio ilə işləyərkən bir neçə personajın xüsusiyyətlərinin nəzərə alınması
Təkmilləşdirilmiş mətn emalı imkanları
Böyük çəkiliş heyətini əvəz edə biləcək səviyyədə funksionallıq
Qeyd olunur ki, hazırda sistem yalnız Ultra abunəçilər üçün aktivdir, lakin yaxın zamanda bütün istifadəçilər üçün açılması planlaşdırılır.
Bununla yanaşı, Kling Image 3.0 versiyası da istifadəyə verilib. Yeni alət 4K keyfiyyətində şəkillər yaradır, ardıcıl vizual seriyalar və kinematoqrafik təsvirlər formalaşdırmaq imkanı təqdim edir.
