Rusiyanın ordusu tərəfindən Ukraynanın paytaxtı Kiyevə dronlarla həyata keçirilən hücum nəticəsində azı 14 mülki şəxs həyatını itirib.
Redaksiya xəbər verir ki, hücum zamanı 44 nəfər də müxtəlif dərəcəli xəsarət alıb.
Ukrayna rəsmiləri bildiriblər ki, edilən bu hücumlar paytaxtın bir neçə yaşayış məntəqəsini və mülki infrastrukturu hədəf alıb. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.
Sevinc Kərimova
