Kir Starmer: Donald Trampın düşüncələri vecimə deyil

Kir Starmer: Donald Trampın düşüncələri vecimə deyil

Nizami Salmanov · Media ·

Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ prezidenti Donald Trampın ona qarşı ifadə etdiyi qəzəbə münasibət bildirib. O, bu vəziyyətin özü üçün əhəmiyyətsiz olduğunu vurğulayıb və diqqətinin milli maraqlar üzərində cəmləşdiyini bildirib.

Redaksiya xəbər verir ki, jurnalistin "ABŞ prezidenti Donald Tramp sizə çox qəzəblidir. Bu, onunla münasibətlərinizə zərər verəcəkmi?" sualına cavab olaraq, Keir Starmer qəti şəkildə "Vecimə də deyil" deyə cavab verib. O, Böyük Britaniyanın Baş naziri olaraq ölkəsinin maraqları naminə hərəkət etdiyini qeyd edib.

Starmer əlavə edib ki, onun əsas diqqəti başqalarının onun haqqında nə düşündüyü deyil, məhz ölkəsinin milli maraqlarıdır. Bu bəyanat onun diplomatik münasibətlərdə milli prioriteti rəhbər tutduğunu göstərir.