Keçmiş CIA rəsmisi: İsrail ABŞ-ı İrana qarşı müharibəyə çəkdi

Keçmiş CIA rəsmisi: İsrail ABŞ-ı İrana qarşı müharibəyə çəkdi

Yulduz Səlimov · Media ·

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş rəsmisi Con Kiriakou İsrailin ABŞ-dan İrana qarşı hərbi əməliyyat keçirmək üçün uzunmüddətli tələbləri barədə açıqlamalar verib. Kiriakou bildirib ki, CIA-də xidmət etdiyi illər ərzində İsraildə kimin hakimiyyətdə olmasından asılı olmayaraq, onlar ABŞ-a gələrək "İrana zərbə endirməyə kömək edin" deyiblər.

Redaksiya xəbər verir ki, Kiriakounun sözlərinə görə, bu tələblər ABŞ-ın hər bir prezidenti tərəfindən rədd edilib. O qeyd edib ki, yalnız ABŞ prezidenti Donald Tramp bu təklifləri qəbul edən yeganə lider olub.

Keçmiş CIA rəsmisi əlavə edib ki, İsrailin baş naziri Binyamin Netanyahu ABŞ prezidenti Donald Trampı aldadaraq, ölkəni onlara aid olmayan bir müharibəyə sürükləyib. Kiriakou bu vəziyyətin ABŞ üçün ciddi nəticələr doğuracağını vurğulayıb.