Kapital Bank kart satışına qadağa qoydu

Kapital Bank kart satışına qadağa qoydu

Aytac Dəniz · İqtisadiyyat ·

Kapital Bank eyni kateqoriyaya aid kartın vətəndaşlara satışına qadağa qoyub.

BAKU.NEWS-un verdiyi xəbərə görə, bu qadağa sentyabrın 24-dən qüvvəyə minib.

Artıq  vətəndaşın bir aktiv debet kartı varsa, eyni valyutada ikinci kartı sifariş verərək ala bilmir.

Xatırladaq ki, bundan əvvəl ölkədə kartdan-karta əməliyyatlara limit tətbiq edilib. Avqustun 1-dən tətbiq olunan qaydaya əsasən, istifadəçiyə məxsus olan hər bir ödəniş alətinə gün ərzində 5 mədaxil və ay ərzində 20 min manat mədaxil limitləşdirilib. Məxaric əməliyyatları isə limitsizdir.