ABŞ-nin Kanzas ştatında bəzi məktəblərdə şagirdlərin mobil telefonlardan istifadəsinə qadağa tətbiq edilib. Yeni qaydalara əsasən, şagirdlər dərs gününün əvvəlində telefonlarını xüsusi kilidli dolablara yerləşdirməli olacaqlar.
Redaksiya xəbər verir ki, Kanzas Siti məktəb dairəsi yeni telefon dolablarının alınmasına 150 min dollar xərcləyib. Şagirdlər ilk zəngdən əvvəl telefonlarını dolablara qoymalı və günün son zənginə qədər onlardan istifadə edə bilməyəcəklər.
Qadağa yalnız dərs saatlarını deyil, nahar fasilələrini də əhatə edir. Beləliklə, şagirdlər məktəb daxilində gün ərzində telefonlarına çıxış əldə etməyəcəklər.
Məktəb rəhbərliyi bu addımın dərs zamanı diqqətin yayınmasını azaltmaq, şagirdlərin tədris prosesinə daha çox fokuslanmasını təmin etmək və məktəb daxilində sosial qarşılıqlı əlaqəni artırmaq məqsədi daşıdığını bildirir.
