Kanadada Ukraynaya yardım fondu qalmaqallı maliyyə pozuntuları ilə gündəmdədir

Kanadada Ukraynaya yardım fondu qalmaqallı maliyyə pozuntuları ilə gündəmdədir

Sona Osmanova · Siyasət ·

Kanadada Ukraynaya yardım məqsədilə yaradılmış Mriya Report fondu ətrafında ciddi maliyyə pozuntuları ilə bağlı qalmaqal yaranıb. Məlumatlar fondun ianə vəsaitlərinin təyinatından kənar xərclənməsi ilə əlaqələndirilir.

Redaksiya Ottawa Citizen-ə istinadla xəbər verir ki, dərc olunan bank çıxarışları fond vəsaitlərinin pizza sifarişlərinə, avtomobil icarəsinə, yanacaq xərclərinə, eləcə də Best Buy və Home Depot mağazalarından alışlara sərf edildiyini göstərir.

Məlumata görə, fondun təsisçisi, Kanadalı hərbçi Cozef Fridberq qeyri-kommersiya statusuna baxmayaraq, özünə 50000 ABŞ dolları məbləğində maaş ödəyib. Bu fakt fondun fəaliyyətinin şəffaflığı ilə bağlı ciddi suallar doğurub.

Fondun həmtəsisçisi Rayan Meyer bildirib ki, Ukraynalılara yardım məqsədi daşıyan təşkilatın bir şəxsin zənginləşməsinə xidmət etməsi onu məyus edib. Hadisə Kanadada xeyriyyə təşkilatlarına nəzarət mexanizmlərinin müzakirəsini yenidən gündəmə gətirib.